BOKT “Azfinans” MMC 2024-cü ilin audit hesabatını açıqlayıb.
"City Finance Bokt" 2023-cü ili - UĞURLA BAŞA VURUB - HESABATFED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 38,6 min manat mənfəətlə başa vurub. Lakin 2023-cü ili 1,9 min manat mənfəətlə bitirmişdi.
2024-cü ildə BOKT mənfəət vergisi ödəməyib.
Kredit təşkilatının verilmiş kreditlər üzrə faiz gəlirləri 939,1 min manat, vəsait kəmiyyətli kreditlər üzrə faiz gəliri 499,1 min manat, lizinq əməliyyatları üzrə 649 manat təşkil edib.
İllik müqayisədə kreditlər üzrə faiz gəlirləri 69,9 min manat (8%) artıb, vəsait kəmiyyətli kreditlər üzrə faiz gəliri 66,4 min manat (11,7%) azalıb, lizinq əməliyyatları üzrə gəlirlər 241 manat (59%) azalıb.
Beləliklə, BOKT-un 125,8 min manat və ya 10,4% azalaraq 1 milyon 80 min manata yüksəlib.
Ötən il kredit təşkilatının kommersiya xərcləri 131,2 min manat, digər xərcləri 207 manat, amortizasiya xərcləri 4,1 min manata, faiz xərcləri 1,1 min manata bərabər olub.
İllik müqayisə ilə təşkilatının kommersiya xərcləri 28,2 min manat (27,1%) artıb, digər xərcləri 11,1 min manat (54,4 dəfə) azalıb, amortizasiya xərcləri 2,4 min manat (2,4 dəfə) artıb.
BOKT “Azfinans” MMC ötən il 319,9 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 38,7 min manat və ya 12,9% artıb.
Xalis kredit portfeli 32 min manat təşkil edib ki, bu da son bir il ərzində 28,2 min manat (8,6 dəfə) böyümə deməkdir.
Öhdəliklər 217,1 min manat (29,7%) azalaraq 513 min manata, balans kapitalı 38,7 min manat (12,9%) azalaraq 262,4 min manata düşüb.