Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının göstəriciləri açıqlanıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında ölkədəki BOTK-ların gəlirləri 50 milyon manat, xərcləri 36 milyon manat, əməliyyat mənfəəti 14 milyon manat təşkil edib.
Bundan başqa, BOKT-lar mümkün zərərlərdən qorunmaq üsün ayırmalardan 1 milyon manat geri çəkiblər. Üstəlik, 1,1 milyon manat da gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən əldə ediblər.
Bununla da BOKT-ların vergiyə qədərki mənfəəti 16,1 milyon manat olub, bunun 1,4 milyon manatı vergi kimi ödənilib.
Nəticədə BOKT-lar 3-cü rübü 14,7 milyon manat xalis mənfəətlə başa vurublar.