2025-ci ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) cəmi kapitalı 450,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kapital son bir il ərzində 76,8 milyon manat və ya 20,5% böyüyüb.
Kapitalın 272,2 milyon manatını nizamnamə kapitalı, 5,2 milyon manatını qrantlar, 171,3 milyon manatını isə bölüşdürülməmiş xalis mənfəət təşkil edib. Sektorun ehtiyatlar maddəsi isə mənfi 2,0 milyon manat olub.
İllik müqayisədə nizamnamə kapitalı 60,7 milyon manat (28,7%), bölüşdürülməmiş xalis mənfəət isə 5,5 milyon manat (3,3%) artıb.
Eyni dövrdə qrantların həcmi dəyişməyərək 5,2 milyon manat səviyyəsində qalıb. Sektorun ehtiyatları isə əksinə, kəskin şəkildə - 10,5 milyon manat (124,1%) azalaraq müsbət 8,5 milyon manatdan mənfi 2,0 milyon manata enib.