Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatların olan “Asel Kredit” BOKT MMC 2020-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
«Kəpəz» BOKT 2020-ci il üzrə uğurlu maliyyə nəticələrini – AÇIQLADI
FED.az xəbər verir ki, hesabata əsasən 2020-ci ildə kredit təşkilatının gəlirləri 23% artaraq 2 milyon 427 min 164 manat təşkil edib. BOKT-un xərcləri isə 21% artaraq 2 milyon 340 min 110 manat təşkil edib.
BOKT 2020-ci ili 87 054 manat əməliyat məqnfəəti ilə başa vurub ki, bu da 2019-cu illə müqayisədə 2,2 dəfə artıqdır.
Bu məbləğdən 17 410 manat mənfəət vergisi ödənilib. 2019-cu illə müqayisədə ödənilən mənfəətə vergisinin məbləği 2,1 dəfə artıb.
Nəticədə «ASEL Kredit» BOKT MMC 2020-ci ili 69 644 manat xalis mənfəətlə başa vurub. 2019-cu illə müqayisədə xalis mənfəət 2,2 dəfə artıq olub.
Hesabata əsasən, 2020-ci ilin sonuna «ASEL Kredit» BOKT MMC-nin aktivlərinin həcmi 8 milyon 012 min 720 manat, cəmi öhdəlikləri 4 milyon 621 min 900 manat təşkil edib.
Ötən il «ASEL Kredit» BOKT MMC-nin kapitalı 3 milyon 390 min 370 manat təşkil edib. Bu məbləğin 3 milyon manatı nizamnamə kapitalı 390 min 370 min manat isə bölüşdürülməmiş mənfəətdir.