Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.
Eləcə də bax: "Bütün əngəlləri aradan qaldırıb, Azərbaycan üzərindən əlaqəni inkişaf etdirməliyik"
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qanun layihəsini təsdiq edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. Keçirilən səsvermədən sonra layihə qəbul edilib.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.