8 Noyabr – Şuşa Şəhəri Günündə indiyədək Şuşa şəhərinə yatırılan vəsaitlər və əsas sosial-iqtisadi göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən FED,az-a verilən məlumata görə, işğaldan azad olunduğu gündən bu günədək Şuşa rayonunda əsas kapitala 2 milyard 934 milyon 975,7 min manat investisiya yönəldilib.
2026-cı ilin yanvar–sentyabr aylarında isə bu göstərici 227 milyon 208,7 min manat təşkil edib.
Ümumilikdə 2026-cı ilin yanvar–oktyabr aylarında Şuşa rayonunda sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi faktiki qiymətlərlə 25 milyon 185,5 min manat olub.
Həmin dövrdə rayonda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 7 milyon 918,3 min manat təşkil edib. Bunun 3 milyon 18,5 min manatı bitkiçilik, 4 milyon 899,8 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.





![İndiyədək Şuşaya 3 milyard manata yaxın -[red] PUL QOYULUB[/red] | FED.az](/upload/news/small/110106.jpg)
![İndiyədək Şuşaya 3 milyard manata yaxın -[red] PUL QOYULUB[/red] | FED.az](/upload/news/small/1058111.jpg)
![İndiyədək Şuşaya 3 milyard manata yaxın -[red] PUL QOYULUB[/red] | FED.az](/upload/news/small/4074491.jpg)
![İndiyədək Şuşaya 3 milyard manata yaxın -[red] PUL QOYULUB[/red] | FED.az](/upload/news/small/879822.jpg)








