İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç həyata keçirilib.
FED.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə – 34 nəfər olmaqla, ümumilikdə 78 ailə – 272 nəfər doğma yurduna qayıdıb.
Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.


















