"Türkdilli dövlətlər bir-biriləri üçün tariflər xaric bütün əngəlləri aradan qaldırmalıdır".
Eləcə də bax: "İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq"
FED.az xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkdilli dövlətlərin bir-birilərilə cəmi ticarəti 20 milyard dollardır ki, bu da digər ölkələr ilə aparılan cəmi ticarətin 0,3%-nə bərabərdir. Bu nisbət ən azı 10%-ə çatdırılmalıdır.
"Quru, hava və dəniz yolları ilə bir-bizimizə bağlanmasaq istənilən nəticələrə nail ola bilmərik. Tranzit keçid sənədləri artıq gündəmdən çıxarılmalı, gömrüklərimizi uyğunlaşadırmalı, geçid haqlarını rəqabətli səviyyəyə endirməliyik. Yükdaşımada Xəzər dənizdən keçməklə beynəlxalq Qərb-Şərq kolidorunu inkişaf etdirməliyik. Azərbaycan-Naxçıvan bağlantısı da burada həyati əhəmiyyət daşıyır",- Ərdoğan bildirib. (Marja)