FED.az xəbər verir ki, 14 yanvar 2019-cu il saat 12.00-da ”Şəki-Bazar”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
ELƏCƏ DƏ BAX: «2-3 manatlıq səhmi bizə 10-15 manata satmaq istəyirlər»
Gündəlikdəki məsələlər:
1. “Şəki-Bazar”ASC-nin 2018-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi.
2. 2018-ci ilin maliyyə nəticələrinə görə maliyyə- təftiş komissiyasının hesabatı və mühasibat balansının təsdiq edilməsi.
3. 2018-ci ilin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividendin təsdiqlənməsi.
4. 2018-ci ildə səhmdar cəmiyyətin üzləşdiyi bir sıra problemlərin və ondan sonrakı illərdə görüləcək işlərin müzakirəsi.
5. Digər məsələlər.
Səhmdarların yığıncaqda iştirakı vacibdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 3.1-ci bəndinə əsasən səhmdarlar yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilərlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün ”Şəki-Bazar”ASC-nin idarə heyətinə müraciət edə bilərlər.
Ünvan: Şəki şəhəri, S.Rəhman küçəsi 1.
Əlaqə telefonu: (02424) 4-35-99.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.
“ŞƏKİ-BAZAR”ASC sahiblərinə pul qazandırıb
10:24
27 Noy 2018