FED.az-ın fərqli sahələrə yatırım edərək uğur qazanmaq istəyən investorlar üçün nəzərdə tutulan «Ağıllı sərmayə» layihəsi çərçivəsində yeni bir biznesi – kəklikotu becərilməsini təqdim edirik.
Kəklik otu dağlardan əllə və min bir əziyyətlə toplanan bir bitki olsa da, bu gün becərilir. Maya dəyəri çox aşağı, qazancı bol Kəklikotu, əkinə yararsız torpaqlarda fermerin üzünü güldürən bitkidir.
Eləcə də bax: Heyvan qanı biznesi başlayır - TÜRKİYƏDƏ FABRİK QURULDU
Onun şitilləri tarlaya aprel-may aylarında əkilir. Məhsul isə iyulda toplanır. Suvarılmaya ehtiyac yoxdur. Toxumla yetişdirsəniz 6 il məhsul toplaya bilərsiz. Alaq otlarını əllə təmizləyin, kimyəvi maddələrdən istifadə etməyin. 1000 kvadratmetr (yəni 10 sot) ərazidən 200 kq məhsul ala bilərsiniz. Quraq ərazidə əkilən heç bir bitki bu qədər gəlir gətirmir.
Hansı sahələrdə istifadə edilir?
Kəklikotu, əvəzolunmaz bir ədviyyatdır. Ət yeməklərində, tərəvəz salatlarında çox istifadə olunur. Kəklikotulu çayı da çox sevilir. Kəklikotu suyu mədə rahatsızlıqlarında və həzmi sürətləndirmək üçün geniş istifadə olunur. Təbii antiseptik olan kəklikotu dərman preparatlarının istehsalında və kosmetologiyada da əvəzsiz bitkidir.
Dünyada kəklikotu istehsalında lider ölkə Türkiyədir.
ABŞ başda olmaqla, Almaniya, Hindistan, İtaliya, İngiltərə, İsveç, Rusiya, Hollandiya, Avstraliya, Macarıstan, Kanada, Polşa və Japoniya kimi ölkələr məhz Türkiyənin Dənizli vilayətində becərilən kəklikotunu almağı üstün tuturlar.
Fermerlər kəklikotudan başqa necə gəlir əldə edə bilərlər?
Fermerlər kəklikotu sahələrində arı pətəkləri yerləşdirərək əlavə gəlir əldə edə bilərlər. Kəklikotu balı, müalicəvi əhəmiyyəti olan çiçək balı növlərindəndir. Arıların çiçək nektarını toplayaraq hazırladıqları bal şəffaf, kəklikotu qoxulu, boğazı yandıran dada malik baldır. Nektarının tərkibində timol olan uçucu bir yağ var və antiparazitar xüsusiyyəti var. Bu balın qoxusu və dadı olduqca gözəldir.
Kəklikotunun çiçəklənməsi may ayından sentyabra qədər davam edir. Soyuqdəymə, üşütmə, köp və qaz yaranmasına qarşı, revmatizmaya qarşı, dəri qaşıntıları sağaldıcı özəllikləri var. Dağ kəklikotusu qaraciyər, mədə, astma, ekzema kimi xəstəliklərin müalicəsində istifadə olunur.
Kəklikotu balı bütün ballar və dərman bitkiləri kimi 1 il ərzində istehlak olunmalıdır.
Türkiyədə kəklikotu və balı yetişdirilməsi
Fermerlər Türkiyədə torpaq əraziləri alaraq rahatlıqla kəklikotu yetişdirə bilərlər.
Bunun üçün FED.AZ-ın «Ağıllı sərmayə» layihəsi ekspertlərinə müraciət etməyiniz kifayətdir.
FED.az, Dənizli, Türkiyə
Zəhməti az, gəliri çox olan aqrar biznes: KƏKLİKOTU TARLASI
00:27
12 Noy 2018