Azərbaycanda çoxlu sayda göydələn tikən şirkətlərlə yanaşı həyət evləri tükən tikinti şirkətləri də var. Bu tip şirkətlər evləri sıfırdan tikib tam təmir belə edirlər. Odur ki, FED.az müştərinin istəyinə uyğun həyət evini tikib sahibinə təhvil verən şirkətlərin qiymətlərini öyrənib
"Bizim evlərin kvadratı 400 manatdan başlayır" – İŞ ADAMI
First Construction tikinti
Kv metri 250-390 manata kimi təmirsiz ev tikilərək sahibinə təhvil verilir. Bu qiymətə hörgü, suvaq, damın bağlanması və pəncərə qapının qoyulması daxildir. Əgər evi təmir də etdirmək istəsəz bu zaman hər kv metrə görə 140-400 manat ödənməlidir.
NZ repair service
Kv metri 170 – 180 manatdır. Şirkət tikinti materiallarını özü təmin edir. Şirkət rəsmisinin sözlərinə görə 100 kv metrlik sadə kürsülü ev təmirli vəziyyətdə sahibinə 35 min manta başa gələcək.
Azərbaycanlılar Türkiyədə ən çox bu zonadan ev alırlar - QİYMƏTLƏR
AzBak Təmir Tikinti
Kv metri 150-170 manata ev tikilərək sahibinə təhvil verilir.
Təmir RN tikinti
Kv metri 120-150 manata ev tikilərək sahibinə təhvil verilir.
Məlumat üçün bildirək ki, əksər tikinti şirkətlərində tikinti materialları göstərilən qiymətə daxil deyil. Evlərin kv metrinə görə qiymət isə tikinti lahiyəsindən və istifadə edilən materiallardan asılı olaraq dəyişir.