“PMD Group” MMC (VÖEN: 1701459191) yenidən təşkil olunub.
PMD eksklüziv layihələrini AIREX 2026-da - TƏQDİM EDİR!
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Spinoff İnvestment” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edib.
Qeyd edək ki, 2013-cü ildə yaradılan “PMD Group” MMC Azərbaycanda daşınmaz əmlak, tikinti, investisiya və əmlakın idarə olunması sahələrində fəaliyyət göstərir. Şirkət yaşayış kompleksləri, biznes mərkəzləri, mehmanxanalar və digər daşınmaz əmlak layihələrinin inkişafı ilə məşğuldur.













