Açıq məkanda reklam yayımına görə haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilib.
Sənədə əsasən, açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi məqsədilə ölkə ərazisi aşağıdakı reklam yayımı zonalarına bölünür:
- Bakı şəhəri üzrə A, B və C zonaları;
-Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A, B və C zonaları;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi;
- digər şəhər (rayon), qəsəbə və kənd.
Eləcə də bax: Açıq məkanda reklam yerləşdirmək üçün - DÖVLƏT RÜSUMU
Reklam yayımı zonaları əhalinin sıxlığı, nəqliyyatın intensivliyi, yaşayış və ticarət obyektlərinin, onları birləşdirən prospekt, küçə və meydanların sıxlığı, ətrafındakı ərazilərin təyinatı nəzərə alınmaqla müəyyən edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Bakı şəhəri üzrə A zonasına, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi isə Bakı şəhəri üzrə C zonasına aid edilir.Реклам Agentliйи reklam yayımı zonalarının xəritələrini öz internet səhifəsində yerləşdмялидир.
Бундан башга zonalar daxilində reklamın effektivlik dərəcəsi tətbiq edilir. Reklamın yerləşdiyi yerdən, şəraitindən, ətrafından və auditoriyasının miqyasından asılı olaraq Agentlik (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) tərəfindən reklamın effektivlik dərəcəsinin 1, 2 və 3 kateqoriyaları müəyyən edilir.
Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası
Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır:
Sıra nömrəsi |
Reklam daşıyıcısının növü |
Reklam yayımına görə haqq (manatla, ƏDV-siz) |
1. | Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) | 17,0 |
2. | Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) | 12,0 |
3. | Təsvirin dinamik dəyişdiyi daşıyıcılar: | |
- | roller | 10,0 |
- | prizmatron və s. | 6,0 |
4. | Hərəkətsiz daşıyıcılar: | |
- | transparant | 7,0 |
- | ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) | 6,0 |
- | bilbord, meqabord | 5,0 |
- | kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) | 2,5 |
- Bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş məbləğ, reklam yayımı zonalarından, Bakı şəhəri üzrə isə həmçinin reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq aşağıdakı əmsallara vurulur:
- Bakı şəhəri üzrə:
Zona | Kateqoriya | Əmsal |
A | 1 | 5 |
2 | 4 | |
3 | 3,4 | |
B | 1 | 2,9 |
2 | 2,5 | |
3 | 2,1 | |
C | 1 | 1,8 |
2 | 1,5 | |
3 | 1,3 |
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə:
Zona | Əmsal |
A | 1 |
B | 0,8 |
C | 0,6 |
- digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal - 0,5.
- Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir.