"RM Medicare Klinika" MMC əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə portokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.