"Mazarina Trade Company" yol hərəkəti qaydaları əleyhinə olan (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, lizinq şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 353.3-cü maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -
vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.
Məhkəmə baxış iclası 16 iyul 2024-cü il, saat 11:20-yə təyin edilib.