Azərbaycanda bir neçə şirkət məcburi auditdən yayınmağa görə məhkəməyə verilib.
FED.az xəbər verir ki, həmin şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ( Məcburi auditdən yayınma) ilə protokol irəli sürülüb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol irəli sürülmüş şirkətlər aşağıdakılardır:
1. "Kappa İnşaat" MMC
2. "Uge Middle East Development Azerbaijan" MMC
3. "FF Supply Services" MMC
4. "Ege Hospital" MMC
5. "HSM Elektrik" MMC
6. "Aktif Elektrik" MMC
7. "General Stone" MMC
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Məhkəmə işləri Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun icraatındadır.