Rusiyada 227 şirkət uşağın doğulması üçün 1 milyon rubl məbləğində birdəfəlik ödəniş tətbiq edib.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın əmək və sosial müdafiə naziri Anton Kotyakov bildirib.
"Müxtəlif sahələrdə fəaliyyət göstərən 227 şirkət uşağın doğulması ilə bağlı bir milyon rubl məbləğində birdəfəlik ödənişlər təsis edib", - deyə şöbə müdiri bildirib. Bu təxminən 11 min dollar və ya 19 min manat deməkdir.
Ümumiyytələ isə Rusiyada birdəfəlik doğuş müavinəti 28 450 rubl (316 dollar və ya 540 manat) təşkil edir. Bu məbləğ hər il indeksləşdirilir və 2027-də 30 min rubla qalxacaq.
Gələn il Rusiyada analıq kapitalının məbləği də artacaq və təxminən 767 000 rubl (8500 dollar və ya 14500 manat) olacaq. Analar bu pulu şəkildə müəyyən edilmiş məqsədlər üçün istifadə edilə bilər: mənzil şəraitinin yaxşılaşdırılması, təhsil və digər məqsədlər üçün.













