Azera Holding
Anbardar
Son tarix 12 noy 2026 - [email protected]
Azera Holdinq, tərkibində fəaliyyət göstərən Katan Tekstil MMC üçün Anbardar vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
- Mal Qəbulu və Qeydiyyatı: Tekstil məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması.
- Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi.
- Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi.
- Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi.
- Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi.
- Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil arzuolunandır
- İş təcrübəsi müvafiq sahədə 2 il
- Azərbaycan dili əla,rus dili üstünlükdür
- Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında işləmək
- Təmkinli və səbirli olması vacibdir.
- İdarəetmə bacarığı, stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək
- İcraatında olan işi tələb olunan zamanda təhvil vermək
Əlavə qeyd
- Əmək haqqı: 1200 AZN (Net)
- İş yeri: Bakı şəhəri Ələsgər Qayıbov küç 1222
- Həftə içi 5 gün, 09:00-18:00
- Tekstil sahəsində təcrübəsi olması arzuolunandır
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Katan tekstil anbardar” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














