Tam Store
Bazar araşdırması üzrə mütəxəssis
Son tarix 12 noy 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Rəqib marketlərdə qiymət monitorinqlərinin aparılması;
- Kampaniya və endirimlərin izlənilməsi;
- Mağaza ziyarətləri vasitəsilə məlumatların toplanması;
- Məhsullar üzrə qiymət müqayisələrinin aparılması;
- Bazardakı qiymət dəyişikliklərinin izlənilməsi;
- Toplanmış məlumatların aidiyyəti şəxslərlə operativ şəkildə paylaşılması.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də biliklərə malik olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Məlumatları düzgün və operativ toplamaq bacarığı;
- Komanda mühitində işləməyi bacarmaq.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali və ya orta ixtisas təhsili;
- Supermarket və ya pərakəndə satış sektorunda iş təcrübəsi;
- Qiymət monitorinqi və bazar araşdırması sahəsində praktiki təcrübə olması üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Ərazi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Bazar araşdırması üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.














