Acon Tax and Accounting MMC
Baş mühasib
Son tarix 12 noy 2026 -
Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq.
Əsas vəzifələr:
- Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili;
- ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət;
- Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili;
- İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması;
- Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət;
- Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
- Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması;
- İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi;
- Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması;
- Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması.
Namizədə tələblər:
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi;
- İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə;
- Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək;
- 1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək;
- Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə;
- Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı.
Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür.
İş şəraiti:
- Aylıq əməkhaqqı: 2300-2500 Azn (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur
- Tam iş günü;
- Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş;
İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center
İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














