Company
Planlama şöbəsinin rəhbəri
Son tarix 12 noy 2026 - [email protected]
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: Tam iş günü
Tabeçilik: Direktor
Vəzifənin məqsədi
- Şirkətin strateji və əməliyyat planlarının hazırlanmasını, icrasına nəzarəti, resursların səmərəli planlaşdırılmasını və fəaliyyət göstəricilərinin təhlilini təmin etmək, qərarların qəbul edilməsi üçün rəhbərliyə analitik məlumatlar təqdim etmək.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin strateji və illik fəaliyyət planlarının hazırlanmasına rəhbərlik etmək;
- İstehsal, satış, satınalma və digər əməliyyat prosesləri üzrə planlaşdırmanı təşkil etmək;
- İstehsal gücü, əmək resursları, material ehtiyatları və digər resurslara olan tələbatı müəyyənləşdirmək;
- Təsdiq edilmiş planların icrasına nəzarət etmək, faktiki göstəricilərlə plan göstəricilərini müqayisə etmək;
- Plan-fakt təhlillərini aparmaq, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
- Müxtəlif ssenarilər üzrə proqnozlar və analitik hesabatlar hazırlamaq;
- Digər struktur bölmələri ilə koordinasiyanı təmin etmək;
- Planlaşdırma proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması üzrə təşəbbüslər irəli sürmək;
- Şöbənin əməkdaşlarının fəaliyyətini təşkil etmək, tapşırıqların icrasına və nəticələrə nəzarət etmək;
- Rəhbərlik üçün müntəzəm hesabatlar, təqdimatlar və təhlillər hazırlamaq.
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq sahələr üzrə ali təhsil;
- Planlaşdırma, büdcələşdirmə, analitika və ya əməliyyatların idarə edilməsi sahəsində ən azı 3–5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə ən azı 1–2 il təcrübə;
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- ERP sistemləri ilə işləmək təcrübəsi (1C və ya digər sistemlər);
- Plan-fakt təhlili, proqnozlaşdırma və hesabatlılıq üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Komandanı idarə etmək, işləri prioritetləşdirmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
- Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti.
Üstünlük hesab olunur
- Müvafiq sahədə beynəlxalq təcrübə və ya peşəkar sertifikatlar;
- Power BI və digər məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı;
- İstehsalat, logistika və ya iri əməliyyat strukturlarında planlaşdırma təcrübəsi;
- Planlaşdırma və idarəetmə proseslərinin avtomatlaşdırılması üzrə təcrübə.
İşəgötürən tərəfindən təklif olunur
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Əməkhaqqı – 3000 AZN+;
- Peşəkar və dinamik iş mühiti;
- Əldə olunan nəticələrə uyğun inkişaf və motivasiya imkanları.
- Könüllü Tibbi Sığorta paketi
- Korporativ nömrə və nahar
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Planlama şöbəsinin rəhbəri” qeyd edilməlidir.














