“Astara-Avtovağzal” MMC -yə idarəçilik qaydaları əleyhinə olan ( Avtomobil nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə 50 manat məbləğində cərimə edilir.
İş Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 16.10.2023, saat 17:00-a təyin edilib.