Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb. FED.az məlumatına görə, bunu “Report”un Gürcüstan bürosu xəbər verir. Məlumata görə, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.
Qərara əsasən, G.Qabuniaya qarşı tətbiq olunan məhdidiyyət onun müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.
Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.