Bu ilin birinci rübündə Azərbaycanın xidmətlər balansında 590 milyon dollar kəsir qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, xidmətlər balansında kəsrdə artıq son zamanlar müsbət dinamika izlənilib: "Artıq bir müddətdir ki, xidmətlər balansında olan kəsrlər azalır. Ötən ilin birnci rübü ilə müqayisədə xidmətlər balansında olan kəsr 21% azalıb. Xidmətlər balansında kəsirin formalaşması neft qaz sektorunda tikinti işlərinin görülməsi ilə bağlı olub"













