«Ofis müharibələri» - iş yerində baş verən mübahisə, münaqişə və hətta intriqalar həyatımızın ayrılmaz hissəsinə çevriliblər. Həmkarlarla münasibət, komandanın düzgün idarə edilməsi, rəhbərlik və tabelikdə olan şəxslərlə münasibətlərin düzgün qurulması mühüm əhəmiyyət daşıyır.
İş yerində konfliktlərin kökünü birdəfəlik kəsmək əlbəttə mümkün deyil, amma onları idarə etmək olar.
FED.az bununla bağlı iş həyatında formalaşmış bəzi təcrübələri təqdim edir.
İş yerindəki münaqişələri peşəkar kimi həll edin
İş yerində münaqişə yarananda
– məsələn, kobud tərzdə yazılmış email və ya iclasda gərgin söhbət olanda - adam dərhal cavab vermək istəyir. Amma təcrübə göstərir ki, dərhal verilən cavablar vəziyyəti daha da gərginləşdirə bilər. Buna görə də, münaqişəyə başlamaq əvəzinə, əvvəlcə bir qədər düşünün. Nə düşünək?
1. Əvvəlcə vəziyyəti digər şəxsin nöqteyi nəzərindən başa düşməyə çalışın.
O hansı hissləri keçirir və özünü belə aparmasının (məsələn kobud email yazmasının, kəskin cavab verməsinin) səbəbi nə ola bilər? Bu barədə geniş düşünmək və çox variantı gözdən keçirmək sizin fikirlərinizi münaqişədən əməkdaşlığa yönəldə bilər. pereklöçitğ vaşe mışlenie s konflikta na sotrudniçestvo.
2. Bundan sonra real problemi müəyyən edin.
Münaqişə nə ilə bağlıdır – işçiyə verilmiş tapşırıqla, proseslə, səlahiyyətlərlə, yoxsa, şəxsi münasibətlərlə? Məsələnin kökünü dəqiqləşdirmək sizə ən düzgün addımları müəyyən etməyə kömək edər.
3. Daha sonra öz məqsədinizi dəqiqləşdirin.
Siz tez həll tapmaq, layihənin uğurlu nəticəsini əldə etmək, yoxsa işçilərlə münasibəti saxlamaq istəyirsiniz? Əsas məqsədi bilmək sizə imkan verəcək ki, müzakirədə məhz ona fokuslanasınız.
4. Nəhayət, qərar verin ki, nə edəcəksiniz.
Bəzən ən yaxşı variant vəziyyəti öz axarına buraxmaqdır. Amma çox vaxt ən yaxşı üsul - problemin düşünülmüş yolla, danışıqlarla birbaşa həll edilməsidir. Problemi izah etmək və onu məhsuldar formada həll etmək üçün danışmağa başlayanda, danışıq tərzində və yanaşmada diqqətli olun.