2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 185.1 min dkl araq istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 22,5 min dkl və ya 10,8% azalıb.
Ötən ilin yanvar-fevral aylarında 207,6 min dkl araq istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 167,6 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 66,3 min dkl, yəni 28,3% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 233,9 min dkl olub.