Mobil və Desktop istifadə nisbəti dijital sferanın əsas maraq doğuran mövzularındandır. İnternet istifadəçilərinin mobil telefonlarda keçirdiyi vaxtın və istifadə aktivliyinin son illərdə sürətlə artması, demək olar, bütün statistik göstəricilərdə öz əksini tapır. Açıqlanan növbəti statisika da bizə maraqlı məlumatlar vermiş oldu. IAB-nin 2018-ci ilin birinci yarısında təhlil etdiyi məlumatalara əsasən ABŞ-da dijital reklam gəlirlərinin 63%-ni mobil cihazların payına düşür (Desktop 37%-lə tarixin ən aşağı faizini almış olur). Halbuki 6 il öncə ABŞ-da dijital reklam gəlirlərinin cəmi 7$-i mobil fəaliyyətin payına düşürdü.
Son iki ildə Azərbaycanda da bu tendensiyanı görürük. Belə ki, istər sosial media, istərsə də ümumən internet istifadəçilərinin mobil cihazlarda keçirdiyi vaxtın sürətlə artdığını müşahidə edirik. Çünki son illərdə Azərbaycan bazarına xeyli sayda smartfon markalarının daxil olması və hər təbəqə vətəndaşa xitab edən (qiymət olaraq) smartfonların mövcud olması ölkədə smartfon (beləliklə də mobil cihazlardan istifadə) sayının sürətlə artmasına gətirib çıxardı.
ELƏCƏ DƏ BAX: "Hər yer reklam qışqırır" -YENİ TEXNOLOJİ DÖNƏMDƏ PR
Xüsusən paytaxt Bakıda əksər insanların smartfon istifadəçisi olması və internetə, sosial mediada daha çox mobil cihazlardan daxil olması bu cihazlarda daha çox reklam göstərilməsinə və daha çox reklam büdcəsinin dövr etməsinə səbəb olur. Yerli şirkətlər və reklamverənlər də bu faktora diqqət yetirməlidir. Əvvəlki dövrlərdən fərqli olaraq indi hazırlanan kontenti, reklam kampaniyalarını ilk olaraq mobil-ə uyğunlaşdırmaq lazımdır. Çünki həmin kontentləri, həmin reklam materiallarını istifadəçilər daha çox mobil telefonlarda izləyəcək.
Açıqlanan statitikada diqqətçəkən digər məqamlar da var. Belə ki, Bu ilin ilk yarısında ABŞ-da dijital reklam büdcəsi rekord həddə – $49.5 milyarda çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur. Göründüyü kimi dijital sferada xərclənən reklam vəsaitinin həcmi böyük sürətlə artmaqdadır.
ABŞ-da sosial media reklam gəlirləri son iki ildə 2 dəfəyə yaxın artıb. Həmçinin mobil cihazlarda izlənən videolardan gələn reklam gəliri ilk dəfə olaraq desktop gəirini üstələyib.
Mobil və desktop’la bağlı əksər statistikalarda bunabənzər faktların şahidi oluruq. Bu da növbəti ilin və illərin reklam xərcləmələrini hansı istiqamətdə bölüşdürməyə bizə yol göstərir.
©orkhanrza.com