Rusiya prezidentinin administrasiyası Vladimir Putinin hakimiyətdə qalma müddətini uzatmaq üçün müxtəlif variantları nəzərdən keçirir. Bunlardan biri Rusiya və Belarusun birləşdirilməsi yolu ilə yeni dövlətin yaradılmasıdır. FED.az xəbər verir ki, bu barədə Bloomberg Kremlə yaxın 3 müstəqil mənbədən məluat alıb.
Yeni dövlətin yaradılması Putinə imkan verəcək ki, konstitusiyada prezident müddətlərinin sayı ilə bağlı məhdudiyyətdən yan keçsin.
Rusiya prezident administrasiyasının keçmiş əməkdaşı, politoloq Andrey Kolyadin Bloomberg-ə bildirib ki, Kremldə hazırda Qazaxıstanda baş verən ssenarini aktiv şəkilə müzakirə edirmişlər.
«Amma heç kim əmin deyil ki, Nazarbayevdən fərqli olaraq Putin hakimiyyətin bu üsulla köçürülməsini həyata keçirə bilsin. Putin üçün siyasi və şəxsi
risklər çox yüksəkdir».
Bununla yanaşı, Kolyadinin sözlərinə görə, Nazarbayev ssenarisi Rusiyanın siyasi elitasını qane edə bilər: «Bu variantda, Putin hətta hakimiyyətdən getsə belə, lazım olarsa, vəziyyətə müdaxilə edə biləcək».
Bloomberg: Putin də Qazaxıstan varinatına əl ata bilər
14:49
21 Mart 2019