Bu iş həftəsinin başında ABŞ dollarının Türkiyədə məzənnəsi 9 lirə ilə start götürsə də, həftə sonuna böyük artımla 9.24 lirə səviyyəsinə qədər artım yaşandı.
Eləcə də bax: Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına - Necə Təsir Edər?
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Türkiyə birjalarında USD/TRY cütlüyünün məzənnəsi 9.2371 səviyəsinə qədər bahalaşdı.
Adətən, bu artıma əsas dəstək verən ABŞ dollarının indeksi isə, əksinə zəifləyib. ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısındakı indeksi 0.028 bənd azalma ilə 93.933 səviyyəsinə qədər düşüb.
Ucuzlaşmanı ekspertlər, Türkiyədə işsizlik avqustda aylıq müqayisədə sentyabrda 12.1% artması ilə əlaqələndirirlər. Daha bir səbəb isə TCMB-nin rəhbərliyində Prezident Ərdoğanın 3 şəxsin vəzifəsindən azad edilməsi amilidir.
Qeyd edək ki, requlyator – Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) sentyabrın 23-də uçot faiz dərəcəsini 19%-dən 18%-ə endirib. Əsasən inflyasiya göstəricilərinin artımına qarşı sərt monetar siyasətə keçən TCMB son ayda bu israrından əl çəkdi. Həmin xəbərin ardından ölkənin valyutası tarixi anti-rekordunu yeniləməklə USD/TRY cütlüyündə 9 səviyyəsini gördü.