Türkiyə Mərzəzi Bankı gözlənilmədən uçot dərəcəsini 19 %-dən 18 %-ə endirdikdən sonra türk lirəsinin rekord səviyyədə enməsi baş verdi. Hazırda Türkiyə Mərkəzi Bankının məlumatına görə, 1 ABŞ dollarının satış qiyməti 9,1580 lirədir.
Eləcə də bax: Fariz Hüseynli: “Mərkəzi bankların iki cür müstəqilliyi olur“
Türk lirəsinin dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına nə kimi təsiri ola bilər?
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov aşağıdakı məsələlərə toxunub:
Lirənin dəyər itirməsi Türkiyədən Azərbaycana məhsul idaxlını artıracaq
Azərbaycanın xarici ticarət tərəfdaşlarının hansındasa, o cümlədən Türkiyədə valyutanın dəyərsizləşməsi prosesi gedirsə, bu xüsusilə iki istiqamətdə təzyiq formalaşdırır. Birincisi, həmin ölkələr üzrə idxalın artımını şərtləndirir. Həmin ölkədə istehsal olunan mal və xidmətlərin maya dəyəri aşağı düşdüyünə görə, ilk dövrlərdə o istiqamətdə tələb bumu formalaşır. Bu isə həmin ölkədən idxalı artırır. Lirənin dəyər itirməsi Türkiyədən Azərbaycana məhsulların, mal və xidmətlərin idxalını artıracaq. Çünki burda dollarla ifadədə qiymət ucuzlaşması da baş verir. Düzdür, indiki şərtlər daxilində Türkiyə iqtisadiyyatında ciddi bir inflyasiya təzyiqi var, qiymətlər 20 %-dən çox bahalaşmaqdadır. Bu, müəyyən qədər qeyd olunan təzyiqi neytrallaşdırsa da, tam neytrallaşdıra bilmir. Çünki təcrübədə hər zaman inflyasiya dəyərsizləşmənin ardınca gəlir. Müəyyən bir vaxt yaranır ki, o vaxtdan istifadə edərək həm onlayn, həm də oflayn formada sifarişlərin həcmi artır.
Lirənin dəyərsizləşməsi həm də Türkiyədə turizm xidmətlərinin əlçatanlığını artırır
İndiki halda müəyyən məhdudiyyətlər olduğuna görə, turizm xidmətlərindən istifadə meyllilii nisbətən zəifdir. Amma nəzərə almaq lazımdır ki, lirənin dəyərsizləşməsi həm də həmin ölkədə turizm xidmətlərinin əlçatanlığını artırır. Azərbaycan da burda əsas tərəf formalaşdıran ölkələrdən biridir və o istiqamətdə azərbaycanlı istehlakçıların da marağı artır. Dolayısıyla bu məqsədlə Azərbaycandan yönələn vəsaitin də həcmi çoxalır. Yəni bu istiqamətdə ölkədən valyuta axını formalaşır.
Azərbaycandan ixrac olunan məhsulların Türkiyə bazarında rəqabətliliyi zəifləyir
İkinci məsələ isə Azərbaycandan həmin ölkəyə ixrac olunan məhsulların o bazarda rəqabətliliyinin müəyyən qədər zəifləməsi məsələsidir. Yəni bizdə mövcud valyuta siyasəti Azərbaycanda ticari-iqtisadi mühitin regionda baş verən həmin çağırışlara uyğunlaşması imkanını məhdudlaşdırır. Azərbaycanda istehsal olunan məhsulun maya dəyəri dollarla ifadədə Türkiyədə yerli istehsal olunan məhsullarla müqayisədə daha baha başa gəlir, əvvəlki illə müqayisədə bazara baha qiymətə təklif olunur, bizdən Türkiyəyə ixrac olunan məhsulların rəqabət aparma imkanlarını məhdudlaşdırır, orta uzun müqddətli dövrdə ixracın miqyasını aşağı salır. Düzdür, indiki halda biz Tükiyəyə əsasən neft-qaz məhsulları ixrac edirik, amma qeyri-neft məhsulları da var. Bu yaxınlarda Azərabaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi də imzalanıb bu məqsədlə.
İki ölkə arasında bəzi məhsullar üzrə güzəştli şərtlərlə ixrac-idxal əməliyyatlarının aparılamsı imkanının yaradılması və ticarət dövriyyəsinin genişlənməsinə hədəflənilib. Xüsusilə də Azərbaycan aspektindən burda istehsal olunan məhsulların Türkiyə bazarında daha rahat təklif olunmasını nəzərdə tuturdu. Amma yaranmış bu situasiyada Türkiyə bazarındakı konyuktur Azərbaycandan həmin ölkəyə qeyri-neft məhsullarının ixracı imkanlarına mənfi təsir göstərir.
Qyd edək ki, bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə keçirdiyi görüşdə Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi ilə fikir mübadiləsi aparılıb.