ABŞ Prezidenti Donald Trampın vergi islahatları ilə bağlı dünənki çıxışından sonra dollar möhkəmlənməyə, faizlər isə yüksəlməyə başlayıb.
FED.az Report-a istinadən xəbər verir ki, seçkilərdən öncə Tramp korporativ vergiləri 35%-dən 15%-ə qədər azaltmağa söz versə də, dünən 20%-ə qədər azaldacağını açıqlayıb. İnvestorlar bu açıqlamadan sonra ABŞ dövlət istiqrazlarını satmağa və dollar almağa başlayıblar. Nəticədə, 10 illik istiqrazların faizi 8 bənd artaraq son 8 həftənin maksimumuna - 2,317%-ə çatıb. Dollar indeksi isə 0,2% artaraq 93,5 bənd təşkil edib.
Trampın açıqlaması dolları bir qədər də möhkəmləndirəcək

12:14
28 Sen 2017