Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0.75 bənd artıraraq 7.5%-ə qaldırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, proqnozlara əsasən, 2021-ci ilin sonunda inflyasiyanın 7.4-7.9% aralığında olması gözlənilir. Bu barədə tənzimləyicinin saytında deyilir.
“Vəziyyət Rusiya Bankının proqnozuna uyğun olaraq inkişaf etsə, növbəti iclaslarda uçot dərəcəsinin daha da artırılması ehtimalı var. Faizlə bağlı qərarlar inflyasiyanın hədəf nisbətdə faktiki və gözlənilən dinamikası, iqtisadiyyatın proqnoz üfüqündə inkişafı, daxili və xarici şəraitdən qaynaqlanan risklərin qiymətləndirilməsi nəzərə alınmaqla qəbul ediləcək”, – deyə Rusiya Mərkəzi Bankının mətbuat xidmətinin açıqlamasında deyilir.
Mərkəzi Bankın proqnozun görə, davam edən pul siyasəti nəzərə alınmaqla 2022-ci ildə illik inflyasiya 4.0-4.5%-ə enəcək və gələcəkdə 4%-ə yaxın olacaq.