Mərkəzi Bankın məlumatına görə, yanvar-avqust aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub.
Fed.az xəbər verir ki, sentyabr ayının əvvəlinə onların sayı 68437 ədəd (azalma 4,7%) təşkil edib. 2015-ci ilin sonunda pos-terminalların sayı 80301 ədədə çatmışdı. Ötən 1 il 8 ay ərzində pis terminalların sayı 11864 ədəd azalıb.
Bakıda 38784 ədəd (4,3% azalıb), regionlarda 29653 ədəd (5,3% azalıb) pos-terminal mövcuddur. Pərakəndə ticarət obyektlərində 67350 ədəd pos-terminal və ya bütün pos-terminalların 98,4%-i quraşdırılıb.
Nağdsız ödənişlərə diqqətin artırıldığı bir dövrdə POS-terminalların sayı artmalı idi. Verilən məlumata görə, xərci yüksək olduğundan obyektlər POS-terminaldan imtina edirlər.
POS-terminallardan imtina edilir
17:52
10 Okt 2017