Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında 2 milyard 486 milyon ABŞ dolları həcmində vəsait satıb.
FED.az xəbər verir ki, bu barədə Azərtag-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib. Qeyd olunub ki, 2016-cı ilin eyni dövründə isə hərraclarda satılan vəsait 3 milyard 963 milyon ABŞ dolları təşkil edib.