"Moody`s" beynəlxalq reytinq agentliyi yüksək dollarlaşmanı Azərbaycanın bank sektorunun əsas problemi olaraq görür.
Agentliyin eksperti Olqa Ulyanova bildirib ki, yaranmış vəziyyətdə böyük həcmdə aktivlər yeni məzənnə ilə hesablanır və bu amil bank kapitalına təzyiq göstərir: "Ötən gün sağlam görünən banklar bu gün kapitallaşma problemi ilə üzləşməkdədir. Devalvasiya zamanı kredit riskləri də artır. Heç də bütün borcluların valyutada gəliri yoxdur və onların yeni məzənnə ilə ödəniş qabiliyyətinə malik deyillər".
Ekspert əlavə edib ki, bununla yanaşı, banklardan depozit axını davam edir. "Banklardan götürülən depozitlərin bir qismi xarici valyutaya konvertasiya olunaraq banka qayıdır, bir qismi isə ümumiyyətlə qayıtmır", - deyə O.Ulyanova bildirib.