Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-sentyabr aylarında 2 797 əqd dövlət qeydiyyatına alınıb.
Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 642 ədəd və yaxud 29,8% çoxdur.
İlk 9 ayda qeydə alınmış əqdlərin 64,3%-i və yaxud 1 798-i birjada, 11,2%-i və yaxud 313-ü birjadankənar, 24,5%-i və 686-sı isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 12% dəfə və yaxud 193 ədəd, birjadankənar əqdlərin sayı 4,3% və yaxud 13 ədəd, əlavə emissiya əqdlərinin sayı isə 2,7 dəfə və yaxud 436 ədəd artıb.
Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 5 593 552 317 manat olub. Bu, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,3% və yaxud 782 371 259,4 manat çoxdur.
Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 10,2%-i və yaxud 569 009 327 manatı birjada, 13%-i və yaxud 725 862 010 manatı birjadankənar, 76,8%-i və yaxud 4 298 680 980 manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 3,8 dəfə və yaxud 419 900 212 manat, birjadankənar dövriyyə 3,5 dəfə və yaxud 517 683 860 manat artıb, əlavə emissiya dövriyyəsi isə 3,5% və yaxud 155 212 813 manat azalıb.
Bu ilin ilk 9 ayında MDM 23 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 43,9% və yaxud 18 vahid azdır.
Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir.