2017-ci il senntaybrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 167,5 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2016-cı ilin sonuna AMB-nin valyuta ehtiyatları $3 mlrd. 974,4 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 30% artıb.
Sentyabr ayında AMB-nin valyuta ehtiyatları $66,3 mln. və ya 1,3% artıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə Mərkəzi Bankın valyuta ehtiyatları 20,8% azalıb.