Cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12 mlrd. 45,1 mln. manat, xərcləri 12 mlrd. 783,7 mln. manat olub.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, büdcə kəsiri 783,6 mln. manat təşkil edib.
Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2% çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2% çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250 mln. manat vəsait Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən transfert şəklində daxil olub.