Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a verilən məlumata görə, oktyabrın 23-də keçiriləcək hibrid depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99% təşkil edir.
Hərracın tarixi: 23 oktyabr 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 100 000 000 (bir yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 10,01% – 14,99%.