Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 9-da vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a verilən xəbərə görə hərracda 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərracın tarixi: 09 oktyabr 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 100 000 000 (bir yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 10,01% – 14,99%.