MasterCard beynəlxalq ödəniş şirkəti Azərbaycan Beynəlxalq Bankına (ABB) mükafat verib.
Belə ki, ABB nağdsız əməliyyat dövriyyəsi ən yüksək olan bank nominasiyası üzrə sertifikata layiq görülüb. Mayın 23-də “Four seasons” otelində ölkəmizdəki bir sıra bankların, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçən mərasimdə sertifikat ABB-ə təqdim olunub.
ABB nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır.
Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan Bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11300 POS terminalı müştərilərin istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.
Eyni zamanda, “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
MasterCard Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb
15:07
24 May 2017