Qısa müddət ərzində yeni redaktədə “Lizinq haqqında” qanun parlamentə təqdim olunacaq. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov deyib.
“Yeni redaktədə “Lizinq haqqında” qanun layihəsi hazırlanma mərhələsindədir. Qısa zamanda sənəd parlamentə təqdim ediləcək”, - A.Zülfüqarov bildirib.
Qüvvədə olan “Lizinq haqqında” qanun 1995-ci ildə qəbul olunub. Son 5-6 il ərzində lizinq sahəsində qanunvercilik bazasının təkmilləşdirilməsinə dair rəylər bildirilib. Ekspertər və bazar iştirakçılarının rəyinə əsasən, qüvvədə olan “Lizinq haqqında” qanun mənəvi cəhətdən köhnəlib.