Azərbaycan İpoteka Fondun vəsaitindən “AGBank”ın ipoteka portfeli50,9 mln. manat həcmində qiymətləndirilir. Bu barədə bankdan məlumat verilib.
“Bu günə bankın ipoteka portfeli 52,1 mln. manat həcmində qiymətləndirilir. İndiyədək bank kommersiya və sosial şərtlərlə 1,6 mindən artıq kredit verib. Hazırda fəal ipoteka kreditlərinin sayı 1,55 min təşkil edir”, - deyə məlumatda deyilir.
Qeyd olunur ki, ötən il ipoteka kreditlərinin verilməsi bərpa edilib (AİF-in vəsaitindən). “2016-cı ildən etibarən 17 may 2017-ci il tarixinə bank tərəfindən 6 mln. manat məblğində ipoteka kreditləri verilib”, - deyə məlumatda vurğulanır.
İnterfax©