İsveçrə Milli Bankı 2022-ci ildə 141,5 milyard dollar zərər etdiyini açıqlayıb.
Rusiya dövlət büdcəsinin kəsiri 45%-ə çatıb – 34 MİLYARD DOLLAR
FED.az xəbər verir ki, İsveçrə Milli Bankı (SNB) ötən il valyuta mövqelərindəki itkiyə görə yekun məlumatlarla 132,5 milyard İsveçrə frankı (141,5 milyard dollar) zərər açıqlayıb. Sözügedən rəqəmin SNB-nin 115 illik tarixində ən böyük itki olması diqqət çəkib.
SNB azalan səhmlər və sabit gəlirli bazarlar onun səhm və istiqraz portfelinin dəyərini aşağı saldığı üçün itkiyə çevrilib, İsveçrə frankının bahalaşması isə Bankın gəlirlərinə mənfi təsir göstərdi.
Son zamanlar inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcələrini artıran SNB valyuta mövqelərindən 131,5 milyard İsveçrə frankı itirib. Bankın qızıl mövqeyi 400 milyon İsveçrə frankı artıb.
Bank 2021-ci ildə 26 milyard İsveçrə frankı mənfəət əldə edib və 6 milyard İsveçrə frankı dividend ödəmişdi.