Rusiya Maliyyə Nazirliyi dövlət büdcəsinin yarva-fevral ayları üzrə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü ilin ilk 2 ayında büdcənin gəlirləri 3 trilyon 163 milyard rubl və ya 42 milyard dollar, xərcləri isə 5 trilyon 744 milyard rubl, yəni 76 milyard dollar olub.
Ötən ilin ilk 2 ayı ilə müqayisədə büdcənin gəlirləri 25% azalıb, xərcləri isə 52% artıb.
Nəticədə dövlət büdcəsinin kəsiri 2 trilyon 581 milyard rubla və ya 34 milyard dollara yüksəlib. Bu dövlət büdcəsinin 45%-i deməkdir.
2023-cü ilin yanvar-fevral aylarında Rusiyanın neft-qaz gəlirləri təqribən 2 dəfə – 46;% azalaraq 947 milyard rubl (12,6 milyard dollar) olub. Müqayisə üün bildirək ki, ötən ilin ilk 2 ayında Rusiyanın neft qaz gəlirləri 1 trilyon 754 milyard rubl və ya 23.3 milyard dollar olmuşdu.
Nazirlik bilirdir ki, neft-qaz gəlirlərinin azalmasına səbəb ilk növbədə Rusiya neftinin ucuzlaşmasıvə qaz ixracının azalması ilə bağlıdır.Büdcənin qeyri-neft gəlrləri də 9% azalaraq 2 trilyon 217 milyard rubl və ya 28,6 milyard dollara düşüb.