"Fitch" beynəlxalq reytinq agentliyi dünya iqtisadiyyatı ilə bağlı 2017-2018-ci illər üçün proqnozlarını açıqlayıb. FED.az Report-a istinadən xəbər verir ki, Agentlik 2017-ci il üçün qlobal iqtisadi artım proqnozunu əvvəlki proqnozla müqayisədə 0,2 faiz bəndi artıraraq 3,1%-ə yüksəldib. 2018-ci il üçün artım proqnozu isə 0,1 faiz bəndi artırılaraq 3,2% təşkil edib.
Agentlik 2017-2018-ci illərdə neftin orta qiymətinin 52,5 dollar/barel, 2019-cu ildə isə 55 dollar/barel təşkil edəcəyini proqnozlaşdırır.
ABŞ dollarının məzənnəsinin yaxın 3 ildə 113 yen, 0,87 avro və 1,13 funt sterlinq olacağı ehtimal edilir. Cari ilin sonuna dolların 6,7 yuan, növbəti ilin sonunda 6,9 yuan, 2019-cu ilin sonunda 7,1 yuan olacağı bildirilir.