Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi layihəsində dövlət zəmanətləri üzrə limiti 4 mlrd. manat məbləğində müəyyən edib.
Dövlət zəmanətləri üzrə limit ilk dəfə 2017-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulub. Bu il üçün limit 10 mlrd. manat təşkil edir.
"Gələn ilin dövlət büdcəsi layihəsində dövlət zəmanətləri üzrə limitin yuxarı həddi 4 mlrd. manat məbləğində nəzərdə tutulub", - deyə dərc olunmuş büdcə materiallarında qeyd edilir.
Bundan əlavə, Maliyyə Nazirliyi 2018-ci il üçün daxili və xarici borclar üzrə limiti də azaldıb. Xüsusilə daxili borclar üzrə limit 0,7 mlrd. manat (2017-ci il üçün 1 mlrd. manat), xarici borclar üzrə limit 1 mlrd. manat (2017-ci il üçün 4,5 mlrd. manat) məbləğində nəzərdə tutulub.
İnterfax©