Bizdə olan məlumata görə, bu gün kredit təşkilatlarında təxminən 5,2 milyard manat likvidlik (maliyyələşdirmək qabiliyyəti ) mövcuddur.
Bunu Bakıda keçirilən “Azərbaycanın kapital bazarları, imkanlar və perspektivlər” adlı konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib.
“Banklarda istifadəsiz izafi vəsaitlərin iqtisadiyyata ötürülməsi qarşıda duran vzəifələrdən biridir. Qiymətli kağızlar bazarı banklardakı izafi vəsaitlərin real sektora axıdılması üçün istifadə oluna bilər”,- o deyib.