Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,92% azalaraq 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 14 321,539 mln. ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu müddətdə ixrac 13,35% azalaraq 8 143,944 mln. dollar, idxal 0,38% artaraq 6 177,595 mln. dollar olub. Beləliklə, xarici ticarət dövriyyəsinin müsbət saldosu 1 966,349 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% azalma deməkdir.