Azərbaycanın valyuta ehtiyatları 2017-ci il oktyabrın 1-nə 41 187,5 mln. ABŞ dolları təşkil edib.
Bunun 87,45%-i və yaxud 36,02 mlrd. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,55%-i və yaxud 5 167,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 432,5 mln. dollar və yaxud 3,6% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 1 229,1 mln. dollar və yaxud 3,53%, AMB-nin valyuta ehtiyatlarında isə 203,4 mln. dollar və yaxud 4,1% olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 1 232,7 mln. dollar və yaxud 3,09% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 197,9 mln. dollar və yaxud 0,55% artıb, AMB-nin valyuta ehtiyatları isə 1 034,8 mln. dollar və yaxud 25,04% artıb.
-- | ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (mln. ABŞ olları) |
Azərbaycanın məcmu valyuta ehtiyatları (mln. ABŞ dolları) |
01.10.2017 | 36 020,0 | 5 167,5 | 41 187,5 |
01.07.2017 | 34 790,9 | 4 964,1 | 39 755,0 |
01.04.2017 | 33 207,2 | 4 432,7 | 37 639,9 |
01.01.2017 | 33 147,0 | 3 974,4 | 37 121,4 |
01.10.2016 | 35 822,1 | 4 132,7 | 39 954,8 |